Azərbaycanda UEFA bayrağı altında oyunların keçirilməsinə-QADAĞA QOYULDU…

Azərbaycan və Ermənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyulub.
 
Etikxeber.az-ın məlumatına görə, bu barədə qərarı UEFA verib.
 
Qurumun İcraiyyə Komitəsi Dağlıq Qarabağda yaranmış vəziyyətlə əlaqədar hər iki ölkə təmsilçilərinin qeyri-müəyyən müddətə qədər evdə oynamamasını qərara alıb.

Bu addım məsələnin analizi, Avropa Liqasının pley-off matçları və Millətlər Liqasının ilk iki turundakı görüşlərin yerinin dəyişdirilməsindən sonra atılıb. Bu, növbəti qərar verilənədək qüvvədə olacaq.
 
Azərbaycan və Ermənistan federasiyalarına növbəti ev oyunlarına qədər bu matçların keçirilməsi üçün alternativ variantları təklif etmək tövsiyə olunub.

Vəziyyətə nəzarət edən UEFA-nın bu qərarı AVRO-2020-nin gələn ilin yayında baş tutacaq Bakıdakı oyunlarının planlaşdırılmasına təsir etməyəcək.

Etikxeber.az

Read Previous

“Son günlər Şanlı Ordumuzun ard-arda əldə etdiyi uğurlar bizə hədsiz sevinc bəxş edir…”-SPİKER

Read Next

“Füzulinin, Xocavəndin, Cəbrayılın daha bir neçə kəndinin və Zəngilan şəhərinin düşmən tapdağından azad olunması Zəfər yürüşümüzün növbəti mərhələsidir və bu yürüş qəti Qələbimizəcən davam edəcək”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir