“Azərbaycanı Azərbaycan edən…” – KAMİLƏ ƏLİYEVA

Düz 50 il öncə Azərbaycan xalqının həyatında çox mühüm tarixi hadisə baş verdi. 1969-c ilin iyul ayının 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ( AKP MK) növbəti plenumunda Ulu Öndər Heydər Əliyev Azərbaycanın birinci katib seçildi və bununla da Azərbaycanda ilk hakimiyyət dövrünə qədəm qoydu. Heydər Əliyevin hakimiyyəti gəlişi ilə də respublikanın həyatında başdan-ayağa  geniş dəyişikliklər baş verdi, ölkədə çicəklənmə, tərəqqi , intibah yaşandı. Azərbaycan geridə qalmış aqrar, kənd təsərrüfatı respublikasından qısa müddət ərzində keçmiş SSRİ-nin ən qabaqcıl və inkişaf etmiş sənaye respublikalarından, elm və texnologiya mərkəzlərindən  birinə çevrildi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva bildirib.

Millət vəkilinin dediyinə görə, o dövrü xatırlayanlar yaxşı bilir ki, 60-ci illərin sonlarına kimi Cənubi Qafqaz respublikalarından söz düşərkən, dərhal Gürcüstanla bədxah qonşu respublikanın adı çəkilir, onlar göz önünə gətirilirdi, Azərbaycanı, azərbaycanlıları bilərəkdən və bilməyərəkdən görməzdən gəlirdilər.

“Ancaq Heydər Əliyev hakimiyyətə gəlişi bu mənfi tendensiyanı bütün SSRİ boyu aradan qaldırdı, bütün stereotipləri yerlə bir etdi. Qısa müddət ərzində Azərbaycanın və azərbaycanlıların adı hər yerdən gəlməyə, eşidilməyə başlandı, Azərbaycan gəncləri SSRİ-nin ən tanınmış və ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilirək, həm Azərbaycanın, həm də SSRİ-nin inkişafına töhfələr verməyə başladılar.

heydər

Azərbaycanının tanınmış ziyalıları, elm, ədəbiyyat, incəsənət, mədəniyyət xadimlərinin səsi-sorağı ən yüksək kürsülərdən gəldi. Neçə-neçə ziyalımız, əbədiyyat, mədəniyyət, incəsənət, elm xadimimiz Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ Xalq rəssamı və sair ən yüksək fəxri adlar və titullarla təltif edildilər. Bütün bunların hamısında da dahi və böyük şəxsiyyət Heydər Əliyevin  müstəsna rolu, xidmətləri vardı.

Bəlkə də Heydər Əliyev o zaman ilk dəfə hakimiyyət başına gəlməsəydi, Azərbaycan sovetlərin heç muxtar respublikaları səviyyəsində də olmayacaq, tanınmayacaq, ziyalılarımız görməzdən gəlinəcəkdi. Ancaq Heydər Əliyev hakimiyyətə gəlməklə, Azərbaycanı tanıtdı, ucaltdı, yüksəkliklərə, zirvələrə qaldırdı.

13 illik birinci hakimiyyəti dövründə Heydər Əliyev keçmiş SSRİ-nin bütün buxov və qadağalarına əhəmiyyət verməyərək, Azərbaycanda milli ruhu, milli ovqatı, azərbaycançılığı ayağa qaldırdı. Milli ruh, milli ovqat bütün sahələrə hakim kəsildi, Azərbaycan dilinin dövlət dili kimi işlədilməsində və inkişafında yeni mərhələ başlandı.

Heç təsadüfi deyil ki, böyük və zəngin idarəçilik, təşkilatçılıq qabiliyyəti və bacarığı nəzərə alınaraq, Heydər Əliyev SSRİ kimi nəhəng bir ölkənin rəhbərliyinə irəli çəkildi, 1982-ci ildən 1987-ci iləcən SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini uğurla və layiqincə yerinə yetirdi. Bütün SSRİ bir daha Heydər Əliyev qüdrətinə və bacarığına şahidlik etdi.

Çox sevindirici və əlamətdar haldır ki, cəmi 6 il sonra Azərbaycan xalqı ikinci müstəqilliyinin ilk ağır dönəmlərində, 1993-cü ilin iyununda Xilaskar kimi yenidən Heydər Əliyevə üz tutdu, onu ikinci dəfə hakimiyyətə gəlməyə razı sala bildi.

kamilla-13

1993-ci ildən 2003-ci ilə  qədər də Heydər Əliyev Azərbaycanın parçalanmaq, bölünmək, məhv olmaq təhlükəsindən birdəfəlik qurtaraq, onu regionun və yerləşdiyi coğrafiyanın ən inkişah etmiş ölkələrindən birinə çevirməyə nail oldu. Dünya bir daha müstəqil Azərbaycanı tanıdı, onunla razılaşdı, hesablaşdı.

Odur ki, bu əlamətdar gündə, hakimiyyətə gəlməsinin 50 illiyinin tamamında  bir daha Allahdan Ulu Öndərə rəhmət diləyir, qəbriniz nurla dolsun, ruhunuz şad olsun, bizlərə-Azərbaycan xalqına ərməğan qoyub getdiyi şah əsəri-müstəqil Azərbaycan sonsuzadək var, əbədiyaşar olsun deyirik!”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

 

 

 

Read Previous

Sabah hava necə olacaq?

Read Next

Gürcülərin təxribatı ilə bağlı səfir XİN-ə çağırıldı və…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir