AZƏRBAYCANI SÖZDƏ DƏSTƏKLƏYƏN İƏT ƏMƏLDƏ NƏ EDİR? – Mövqe

Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupunun iclası keçirilib.

Bu Təmas Qrupu İslam Əməkdaşlıq Təşkilatının 2016-cı ilin aprelində İstanbulda keçirilmiş sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təsis olunub. Təmas Qrupu Türkiyənin təşəbbüsü ilə yaradılıb.

Bugünə qədər Təmas Qrupu 3 ilcas keçirib. Budəfəki iclasda da Ermənistanın qeyri-qanuni hərəkəti bir daha pislənilib, Azərbaycana onun ədalətli mübarizəsində dəstək göstərilməsinin vacibliyi vurğulanıb. Bundan əvvəlki iclaslarda da təxminən eyni cümlələr yer almışdı.

İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq təşkilatlar içərisində Dağlıq Qarabağla bağlı Azərbaycana ən çox dəstək nümayiş etdirən təşkilatdır.

Hər dəfə bu təşkilatın sammitində Azərbaycanın ərazi bütövlüyünü özündə əks etdirən sənədlər qəbul olunur. Sadəcə təşkilatla bağlı iki sualın aktuallığı artıb.

Birinci sual: Təşkilatın Azərbaycan torpaqlarının işğalı ilə bağlı formalaşdırdığı Təmas Qrupu Azərbaycana dəstək bəyanatları ilə yanaşı işğalçı Ermənistana qarşı təzyiq mexanizmlərini hərəkətə gətirə bilərmi və ya bunu istəyirmi?

Çünki Ermənistan bu bəyanatları heçə sayır.

atlas

İkinci sual: İslam Konfransı Təşkilatı bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü və işğala son qoyulmasını dəstəkləyərkən Ermənistanla əlaqələrinə niyə yenidən baxmırlar?

Məsələn, təşkilatın üzvü olan Livanın xarici işlər naziri bugünlərdə İrəvana gedərək, Azərbaycanın pilotsuz uçaqlarını vurmaq üçün Ermənistana yardm edə biləcəklərini bildirib.

Başqa neqativ misallar da var.

Digər İƏT üzvü Qətər son illərdə Ermənistanla sıx əlaqələr qurub.

Əslində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Konfransı Təşkilatının Təmas Qrupunun bugünkü toplantısında bu məsələləri qaldırmalı idi…

Elxan ŞAHİNOĞLU,

“Atlas”Araşdırmalar Mərkəzi

Etikxeber.az

Read Previous

“Danışıqların gələcəyi beynəlxalq birliyin, İslam ümmətinin qətiyyətindən asılıdır” – MƏMMƏDYAROV – FOTO

Read Next

“Səudiyyə Ərəbistanı işğalçı Ermənistanla əlaqələr qurmaqdan imtina edir…” – SAMİR ŞƏRİFOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir