“Azərbaycanın inkişafı və yüksəlişi ölkə hüdudlarından kənara çıxır” – ƏLİ ƏHMƏDOV

Qoşulmama hərəkatının zirvə görüşünün Bakıda keçirilməsi və hərəkata sədrliyin növbəti 3 ildə Azərbaycana keçməsi ölkəmizin beynəlxalq miqyasda yüksək fəallığının daha bir möhtəşəm nümunəsi oldu.

Etikxeber.az xəbər verir ki, bunu vitse-premyer Əli Əhmədov deyib.

Onun sözlərinə görə, dünyanın 120-dən çox ölkəsini birləşdirən Qoşulmama hərəkatı müasir beynəlxalq problemlərin intensiv şəkildə müzakirə olunduğu əhəmiyyətli diskussiya platformasıdır.

“Qarabağ münaqişəsinin ədalətli prinsiplər əsasında həllinə dünya birliyinin diqqətinin cəlb edilməsində onun böyük rolu danılmazdır.

Qoşulmama hərəkatına sədrliyin növbəti 3 il ərzində Azərbaycana həvalə olunması ölkəmizin dünya miqyasında aktiv iştirakçıya çevrildiyini, bəşəriyyəti narahat edən qlobal problemlərin həllinə töhvə vermək niyyətini və imkanlarını isbata yetirir.

İlham Əliyevin fəal xarici siyasəti yeni uğurlar qazanır, Azərbaycanın inkişafı və yüksəlişi ölkə hüdudlarından kənara çıxır.

Uğurlar, Azərbaycan!”-deyə, Ə. Əhmədov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

6 dəfə deputat olan – HADİ RƏCƏBLİ 7-Cİ DƏFƏ ŞANSINI SINAMAQ İSTƏYİR

Read Next

Əliyev Hasina və Msvati ilə – GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir