“Azərbaycan növbəti siyasi-diplomatik uğuruna nail oldu” – DEPUTAT

Azərbaycan, paytaxtımız Bakı yenə iki mühüm təbdirə, beynəlxalq toplantıya uğurla evsahibliyi etdi. Eyni gündə həm Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası, həm də Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı öz işinə başladı.Hər iki tədbirdə də bölgəmiz, regionumuz, dünyamız üçün çox önəmli məsələlər müzakirə olundu, fikir mübadilələri aparıldı, ən əsası da hər iki təbdir çox konstruktiv məcrada, qarşılıqlı anlaşma şəraitində keçdi.

elde-paiii

elde-paiii-1

Bunu Etikxeber.az-a açıqlamasında Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransının iştirakçısı olmuş millət vəkili Eldəniz Səlimov deyib.

pai-10

pai-son

pai-17

Millət vəkili Azərbaycanın bütün beynəlxalq və regional qurumlarla əməkdaşlığa üstünlük verdiyini, eyni zamanda, parlament diplomatiyasının önəminə diqqət yetirdiyini qeyd edərək, bildirib ki, hər iki təşkilatla da əməkdaşlıq, münasibətlər yüksələn xəttlə inkişaf etməkdədir.

“Azərbaycan həm QDİƏT-in, o cümlədən, həmin qurumun Parlament Məclisinin, həm PAİ-nin fəal  üzvlərindəndir. Hər iki qurumda da Azərbaycan nümayəndə heyəti çox layiqincə təmsil olunur. Bunlar çox önəmli məqamlardır, Azərbaycan reallıqlarının, Qarabağ həqiqətlərinin olduğu kimi, dünyaya çatdırılması baxımından mühüm tribunalardır. Xüsusilə də, PAİ kimi dünyanın bütün qitələrini özündə birləşdirən biri qurumla əməkdaşlıq çox faydalı və gərəklidir.

elde-pai

elde-pai-1

Təsadüfi deyil ki, PAİ-nin GənC Parlament Üvlərinin 5-ci Qlobal Konfransında  dünyanın 44 ölkəsindən 250-yə nümayəndə iştirak edirdi. Hansı ki, onların çoxu ilk dəfə idi ki, Azərbaycanda olurdu, ölkəmizlə ilk tanışlıq fürsəti əldə edirdi, həmçinin, Azərbaycanın inkişafının sözdə deyil, əməldə özünü göstərdiyini öz gözləri ilə görmək şansı qazanırdı. Gəldilər, öz gözləri ilə gördülər ki, Azərbaycan bu gün dünyanın ən dinamik və ən sürətli inkişaf yolunda olan ölkəsidir, ətrafı qazan kimi qaynamasına, 30 ildən artıq haqsızcasına, ədalətsizçəsinə Qarabağ münaqişəsi yaşamasına baxmayaraq, yerləşdiyi regionun, coğrafiyanın sabitlik və təhlükəsizlik adasıdır. Tədbirə layiqincə evsahibliyi edən Bakı dünyanın ən gözəl və ən təmiz şəhərlərindəndir.

paiiiiii

pai-tedbir

Bunu elə ikigünlük konfrans zamanı PAİ üzvü olan ölkələrin parlamentariləri də özləri dilə gətirdilər, hətta, Bakıdan öyrənilməli, götürülməli olan çox şeylərin olduğunu vurğuladılar. Bunları eşitmək, dinləmək də təbdirə evsahibliyi edən ölkənin nümayəndələri, vətəndaşları olaraq bizim üçün çox xoş, məmnuniyyətverici idi. Bunları, ölkəmiz, məmləkətimiz, xalqımız, millətimiz, baş şəhərimiz haqqında xoş sözləri dinlədikcə fəxr edir, qürür, iftixar hissi keçirirdik ki, azərbaycanlıyıq, Azərbaycan vətəndaşıyıq.

Onu da əlavə edim ki, ikigünlük müzakirələr zamanı çox mühüm məsələlər nəzərdən keçirildi, hər bir ölkəyə öz mövqeyni ortaya qoymaq imkanı verildi, dünyamızla, gələcəyimizlə bağlı ən müxtəlif və maraqlı çağırışlar edildi, ideyalar, təkliflər irəli sürüldü, mesajlar verildi. Həmçinin, maraqlı məqamlardan biri kimi, gənclərin cəmiyyətlərin, toplumların, dövlətlərin həyatlarındakı önəminə, perspektivinə, onların verə biləcəyi töhfələrə xüsusi diqqət yetirildi. Gənclərlə, gənclər siyasəti ilə bağlı məsələdə də Azərbaycanın örnək, nümunə ola biləcəyi söylənildi.

nuhun

Odur ki, hər iki tədbiri, xüsusən də, iştirakçısı olduğum Qlobal Konfransı çox yüksək qiymətləndirir, dəyərləndirir və hesab edirəm ki, bunlar Azərbaycanın növbəti siyasi-diplomatik uğurlarıdır. Bu uğurlar isə ölkəmizin gələcək inkişafında, o cümlədən, ağrılı problemimiz olan Qarabağ münaqişəsinin ədalətli həllində mütləq öz rolunu oynayacaq, öz töhfəsini verəcək”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

Parlamentlərarası İttifaqın 5-ci Qlobal Konfransı başa çatdı

Read Next

Zurabişvili and içdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir