Azərbaycanın rayonlarına qar yağır – YAZDA QIŞ HAVASI – FOTOLAR

Ölkəmizin cənub bölgəsinə yağan aramsız yağışlar aprelin 19-da axşam saatlarından başlayaraq Lerik və Yardımlı rayonlarında qarla müşayiət olunub.

Etikxeber.az xəbər verir ki, Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun məlumatına əsasən, ucqar dağlıq ərazilərdə qarın hündürlüyü 10-15, rayon mərkəzində isə 3-5 santimetr təşkil edir.

Yağan qar əhalinin elektrik enerjisi ilə təminatında, yollarda avtomobillərin və piyadaların hərəkətində problemlər yaratmasa da, meyvə bağlarına ziyan vurub.

Yardımlı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun ucqar yaşayış məntəqələrində qarın hündürlüyü 15, şəhərdə isə 2-3 santimetrdir.

Qeyd edək ki, Talış dağlarının ərazisində yerləşən Astara və Lənkəran rayonlarının bəzi kəndlərinə də qar yağıb. Yaz fəslində yağan qar yaşayış məntəqələrində hər hansı bir problem yaratmayıb.

Ötən gecə həmçinin Naxçıvan Muxtar Respublikasında qarlı hava şəraiti müşahidə edilib.

Gecədən başlayan qarlı hava şəraiti hələ də davam edir.

Eyni zamanda, ötən gecədən başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağır.

Qubanın bir neçə dağ kəndi artıq ağ örpəyə bürünüb.

Qar meyvə ağaclarına zərər vurub.

Məlumata görə, hazırda sözügedən bölgələrdə qar yağıntısı davam edir.

QAR1

QAR2

Etikxeber.az

Read Previous

Bu ölkədə sükut günüdür…

Read Next

Musa Quliyev Qazaxıstana niyə gedir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir