Azərbaycanla Avropa İttifaqı arasında saziş baş tutacaqmı? – MİLLƏT VƏKİLİ

Azərbaycan bir sıra beynəlxalq təşilatlarla əməkdaşlıq edir. Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə sazişinə hələ imza atılmamışdan öncə kölgə salmaq istəyən qüvvələr ortaya çıxır.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
siyaqus
Sazişlə ağlı bəzilərinin tənqidi bəyanatlarla çıxış etdiyini deyən deputat söyləyib ki, həmin qüvvələr tərəfindən indiyədək Dağlıq Qarabağla bağlı bir kəlmə belə eşilməyib: “Anti-Azərbaycan qüvvələr başqa-başqa fikirlər ortaya ataraq, xaricdə və daxildə ölkəmizə qarşı çalışan qüvvələr müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar. Azərbaycanda gedən islahatlar həmin qüvvələri narahat edir. Onlar bu və ya digər şəkildə uğurlara kölgə salmağa çalışır. Hətta, öz aralarında dava salıb bir-birilərinə ziyan vurmaqla bunu da dövlətin üzərinə atmağa çalışırlar”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Prezident Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırdı

Read Next

“Sülh danışıqlarından imtina edilsin”, “Qaz və işığın limiti artırılsın” … – DEPUTATLAR BU TƏKLİFLƏRLƏ ÇIXIŞ ETDİLƏR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir