Azərbaycanla Cibuti “anlaşdılar”…

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Cibuti Limanı və Azad Ticarət Zonası arasında Anlaşma Memorandumu imzalanıb.

Etikxeber.az xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən bildirilib.

Limanlar arasında olan əməkdaşlıq əlaqələrini genişləndirəcək müqaviləni Bakı Limanının baş direktoru Taleh Ziyadov , Cibuti Limanı və Azad Ticarət Zonasının sədri Əbubəkir Ömər Hadi imzalayıblar. İmzalanmış memoranduma əsasən limanlar arasında təcrübə mübadiləsi də həyata keçiriləcək, liman idarəçiliyi, həm də liman heyətinin təlim və tədrisi sahələrində əməkdaşlıq aparılacaq.

Etikxeber.az

Read Previous

Kərə yağı və şirniyyat qutularının içərisində gizlədilən siqaret aşkar olundu

Read Next

Dünya Bankının yeni direktoru bu xanım olacaq – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir