Azərbaycanla İsrail arasında ikiqat vergitutma aradan qaldırılır…

Milli Məclisin (MM) aprelin 7-də keçirilən növbəti plenar iclasında “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun protokolunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Etikxeber.az xəbər verir ki, qanun layihəsi barədə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Komitə sədri qeyd edib ki, sənəd iki ölkə arasında ticarət və maliyyə dövriyyəsinin həcminin artmasına və vergidən yayınmanın qarşısının alınmasına xidmət edəcək:

“Qanun layihəsi fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisini əhatə edir”.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Etikxeber.az

Read Previous

İqtisadi sanksiyalar humanistləşdiriləcək – Yeni paket qanun layihələri gəlir

Read Next

“Səttar müəllim, bizim nə ixtiyarımız var ki…” – SPİKER – YENİLƏNİB (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir