Azərbaycanlı ordinari Roma Papasından Qafqaz üçün nə xahiş etdi?

Azərbaycandakı Katolik kilsəsinin ordinarisi Vladimir Fekete Roma Papası Fransiskin iştirakı ilə kilsədə baş tutan dua mərasimindən sonra Papaya təşəkkür  edib.

Etikxeber.az APA-ya istinadən məlumat verir ki, o, çıxışında bildirib ki, bu gün Azərbaycandakı yerli kilsə və ölkənin bütün xalqı Rəbbdən qeyri adi hədiyyə alıb.

Katolik kilsəsinin ordinarisi deyib ki, Roma Papasına Azərbaycan Apostol Prefekturasının bütün imamları, keşişləri, rahibləri adından burada olduğu, moizə zamanı təşviqi sözləri və öz həyatını tamamilə Allahın padşahlığına həsr edərək nümunə olduğu üçün dərin minnətdarlığımızı bildirir:

“Sizdən xahiş edirik ki, bizimlə birlikdə Qafqazda barışıq və sülh üçün dua etməyə davam edəsiniz”.

Daha sonra üzərində Bakıdakı katolik Kilsəsinin şəkli olan xalça Roma Papasına hədiyyə edilib. Papa çıxışı edib və xeyirxah işlərə imza atan Selezian ailəsinə salamlarını çatdırıb:

“İnsanlara xidmət etmək üçün həyata keçirdiyiniz işləri davam etdirin”.

Etikxeber.az

Read Previous

“Ermənistan”ın sahibinin oğlunun “Hummer” qudurğanlığı – VİDEO

Read Next

Oktyabrın 3-də hava əsasən yağmursuz keçəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir