“Azəriqaz” Binəqədiylə Sumqayıtın da qaz təchizatında məhdudiyyətlər qoyacaq

Diametri 530 millimetrlik ortatəzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və təmir-bərpa işləri ilə əlaqədar yanvarın 11-də saat 10:00-dan işlər başa çatanadək Sumqayıt şəhərinin, eləcə də Bakının Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin, 7-ci və 8-ci mikrorayonların bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bu barədə Etikxeber.az-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub

Read Next

“Qaçqın statusu almaq istəyən 95 əcnəbi Miqrasiya Xidmətinə müraciət edib” – Nəbiyev

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir