“Azəriqaz” şaxtalı havada 3 rayonu qazsız qoyur…

Dekabrın 9-da saat 9:00-dan 18:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Sabirabad”, “İmişli”, “Axundov”, “Saatlı”, “Qaracalar”, “Otuzikilər” və “Əlillər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Saatlı, İmişli və Sabirabad rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.

Bu barədə Etikxeber.az-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Etikxeber.az

Read Previous

UEFA Çempionlar Liqasında yeni rekord qeydə alındı

Read Next

Növbəti il mobil proqramlar üçün xərclər 166 milyard dollara çatacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir