Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Mən də hesab edirəm ki, mədəniyyət üçün büdcədə artırılan 304 milyonluq vəsait yetərli deyil. Amma bununla belə, bu boşluğu Heydər Əliyev Fondunun təşkil etdiyi kulturoloji aksiyalar doldura bilir. Bu Fondun, hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində mədəniyyət sahəsi ilə bağlı mühüm tədbirlər, aksiyalar keçirilir. Yəni, büdcədə mədəniyyət sahəsinə artırılan vəsait yetərli olmasa da, bu sahənin inkişafına diqqət göz önündədir”.
Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin üzvü, yazıçı Elmira Axundova parlament komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.
Çıxışında Azərbaycan Yazıçılar Birliyinin (AJB) üzvlərinin maddi durumuna toxunan millət vəkili bildirib ki, 2500-dən artıq üzvü olan qurumun üzvlərinin böyük əksəriyyətinin maddi durumu ürəkaçan deyil.
“Çoxlarının az qala yaşadığı mənzillər başlarına uçur. Mənzilm şəraitləri çox bərbaddır. Onu da nəzərə alaq ki, yazıçıların böyük əksəriyyəti işləmir, onlar yazıb-pozurlar, yaradıclı fəaliyyətlə məşuğl olurlar. Ona görə də onların öz maddi-sosial durumlarını, mənzil şəraitlərini yaxşlaşdırması mümkün deyil. Bu baxımdan, büdcədə bu sahənin insanlarına ayrıca vəsait nəzərdə tutulmalıdır. Bu, elə də böyük vəsiat təşkil etmir. İnanın ədəbiyyata, yaradıcı insanlara, yazıçı və şairlərə ayrılan, yönəldilən vəsait itmir, batmır, o, geri qayıdır, Azərbaycan dövlətinin mədəniyyətinin inkişafına, tandılması işinə xidmət edir. Odur ki, bu məqama daha ciddi diqqət yetirmək lazımdır”-deyə, millət vəkili sonra bildirib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az