Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar iclası başlayıb.
Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi daxil edilib.
MSK sədri Məzahir Pənahov bildirib ki, qərara əsasən, 2024-cü il fevralın 7-də növbədənkənar seçkilər təyin ediləcək.
Qərar səsverməyə çıxarılaraq qəbul edilib. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
MSK 7 fevral 2024-cü ildə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi barədə qərar verib.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.
Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
***
MSK növbədənkənar prezident seçkilərinə dair Təqvim planını təsdiqləyib.
Növbədənkənar prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsdiq edilib.
Bu barədə isə MSK katibi Arifə Muxtarova məlumat verib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
***
Azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək.
Bunu da MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri qeyd edib ki, azad edilmiş ərazilərdə seçkilərə xüsusi diqqət yetiriləcək:
“Hərbi hissələri nəzərə alsaq, azad edilmiş ərazilərdə 20 min seçici var. Bu insanlar azad edilmiş ərazilərdə ilk dəfə səs verməklə tarixə düşəcəklər”.
Etikxeber.az





