“Azad müəllimin ailəsi ilə bir neçə dəqiqə öncə əlaqə yaratmışam, vəziyyəti ağır olaraq qalır…”-SƏMAYƏ MƏMMƏDOVA NÖVBƏTİ DƏFƏ AÇIQLAMA YAYDI

Hörmətli media nümayəndələri! Çox xahiş edirəm, Azad müəllimin ailəsindən rəsmi xəbər gəlməyənədək heç bir informasiya paylaşmayın.

Etikxeber.az-ın məlumatına görə, bu sözlər Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya məxsusdur.

Qurum rəsmisi gənclər və idman naziri Azad Rəhimovun vəfat etməsi ilə bağlı yayılan xəbərlərlə “Facebook” səhifəsi vasitəsilə cavab verib.

Bu məlumatı təkzib edən Məmmədova nazirin durumunda heç bir dəyişiklik olmadığını vurğulayıb:

“Azad müəllimin ailəsi ilə bir neçə dəqiqə öncə əlaqə yaratmışam. Vəziyyəti ağır olaraq qalır. Hər hansı bir yenilik olacağı təqdirdə dərhal sizinlə bölüşəcəm. Anlayışınız üçün təşəkkür edirəm!”

Etikxeber.az

Read Previous

Əliyev Rivlinə başsağlığı-ÜNVANLADI…

Read Next

Şəhid Xudayar Yusifzadəni təhqir edən şəxsi döyənlər-TAPILDI VƏ… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir