Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Adil Əliyev: Kimisə “Facebook” üzərindən hansısa vəzifəyə təyin etmirlər.
Sosial şəbəkələrdə mənim idman naziri olacağımla bağlı aparılan kampaniyanı qəbul etmirəm.
Oxu.Az xəbər verir ki, bunu millət vəkili, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev deyib.
O, bu kampaniyanı aparanlardan artıq dərəcədə xahiş və çağırış edib ki, onunla bağlı yazılan statusları siləsinlər.
“Çünki bu ölkə rəhbərinin kadr siyasətinə ziddir. Azad müəllim yaxın dostumdur, həm də yaxşı insandır. Federasiya olaraq, nazirliklə sıx əməkdaşlığımız var. Bundan çox məmnunam. Bu gün kimisə “Facebook” üzərindən hansısa vəzifəyə təyin etmirlər. Ölkə rəhbəri cənab prezident yaxşı bilir ki, kimi hansı vəzifəyə təyin etmək lazımdır. Mən millət vəkili olaraq millətimə, xalqıma xidmət edirəm. Burada da çox rahatam. Nə də ki, vətənimə, dövlətimə hansısa vəzifəyə görə xidmət edirəm”-deyə, o, sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az