“Azadlıq”-ın iddiası: İcra başçıları istefa verəcək

Bəzi icra başçıları artıq vəzifələrindən istefa verməyə hazırlaşır.

Etikxeber.az-ın məlumatına görə, bu barədə “Azadlıq”a daxil olan xəbərdə deyilir ki, onların belə qərara gəlməsi icra başçısı postunun getdikcə əhəmiyyətsiz vəzifəyə çevrilməsilə bağlıdır.

“Böhran başlayandan 30-dan çox rayon dotasiyadan məhrum edilib. Daha sonra ölkə başçısının sərəncamı ilə orta məktəblər üzrə təhsil xərcləri yerlər xərclərin tərkibində çıxarıldı. Məlumat üçün deyim ki, təhsil xərcləri yerli xərclərin 60 faizini təşkil edirdi. İcra başçılarının qazancı da elə bu xərclərdən olurdu. Bundan sonra şəhər və rayonların turizm-mədəniyyət şöbələri yerli icra hakimiyyətlərinin tabeliyindən çıxarılaraq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib. Bəzi məlumatlara görə, maliyyə idarələrilə bağlı eyni addım atıla bilər. Beləliklə, icra başçıları faktiki olaraq qazancsız qalıblar”-deyə, mənbə bildirib.

Mənbə bildirib ki, belə bir vəziyyətdə icra başçılarından ölkəyə investor cəlb olunmasının tələb edilməsi də əlavə problemə çevrilib.

“Bütün bunlar isə bəzi icra başçılarının postlarını təhvil verərək başqa vəzifəyə təyinat almağa həvəsləndirib. Güman ki, yaxın vaxtlarda bu prosesin şahidi olacağıq”– deyə, mənbə əlavə edib.

Etikxeber.az

 

Read Previous

Rövnəq Abdullayev “EGPC”-lə də anlaşdı

Read Next

“İçəri şəhər” bədii filmi “Qaranlıq gecələr” Festivalına dəvət alıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir