AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları-DAYANDIRDI

Yaxın Şərqdə baş verən son hadisələr ilə bağlı hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yolları (AZAL) tərəfindən Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılıb.

Bu barədə Etikxeber.az-a AZAL-dan bildirilib.

Sərnişinlər sözügedən istiqamətlər üzrə əldə etdikləri aviabiletləri heç bir cərimə ödəmədən geri qaytara və ya dəyişdirə bilərlər.

Qeyd edək ki, Naxçıvan istiqaməti üzrə planlaşdırılan reyslər ştat rejimində həyata keçirilir.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər mümkün dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaq.

Əlavə məlumat əldə etmək üçün sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.

Etikxeber.az

Read Previous

XİN Azərbaycan vətəndaşlarını İranı tərk etməyə və ora səfər etməməyə-ÇAĞIRIŞ ETDİ

Read Next

“İranda baş verən hadisələrdə əsas prioritetimiz Güney Azərbaycanın və bu ölkədə yaşayan 30 milyondan çox soydaşımızın taleyidir…”-MÜSAVAT FUNKSİONERİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir