AZAL iki futbolçu ilə yollarını ayırdı

Ölkə kubokunda mübarizəni dayandıran AZAL iki futbolçu ilə yollarını ayırıb.

Etikxeber.az xəbər verir ki, “təyyarəçilər”in vidalaşdığı hər iki oyunçu legionerdir. Çinli müdafiəçi Brayn Fokun AZAL-da qalmayacağı hələ əvvəldən məlum idi. Komandanın baş məşqçisi Tərlan Əhmədov futbolçunu ölkəsinə yola salıb.

Onunla yanaşı, Adan Koronado da Azərbaycan Premyer Liqasının autsayder klubunu tərk edib. Amerikalı futbolçunun AZAL ilə mövsümün sonunadək müqaviləsi olsa da, o, şəxsi problemlərini əsas gətirərək komandadan ayrılmaq istəyib. Rəhbərlik də buna razı olub. Qarşılıqlı razılıq əsasında Koronadonun AZAL ilə müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Adan Koronado ölkə kubokunun dörddəbir final mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ” ilə matça start heyətində çıxıb.

Etikxeber.az

Read Previous

XİN-dən Zatulinə kəskin etiraz…

Read Next

Səhiyyə naziri rabitə nazirinə yolladığı məktubda nə xahiş edib?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir