“AZAL” və əcnəbi aviaşirkətlər tərəfindən bir sıra istiqamətlər üzrə uçuşlar müvəqqəti dayandırıldı-SİYAHI

“Azərbaycan Hava Yolları” (AZAL) və əcnəbi aviaşirkətlər tərəfindən bir sıra istiqamətlər üzrə uçuşlar müvəqqəti dayandırılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Etikxeber.az-a bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koranavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” və əcnəbi aviaşirkətlər tərəfindən aşağıdakı istiqamətlər üzrə həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırılır:

– 16 mart tarixindən etibarən AZAL və Özbəkistan hava yolları vasitəsilə Bakı-Daşkənd-Bakı;

– 16 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Lvov-Bakı;

– 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Dubay-Bakı;

– 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Kazan-Bakı, Bakı-Minvodı-Bakı, Bakı-Ufa-Bakı;

– 24 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Nyu-York-Bakı;

– 17 mart tarixindən etibarən Qatar hava yolları vasitəsilə Bakı-Doha-Bakı;

– 17 mart tarixindən etibarən Air Arabia, Ethiad, Fly Dubai vasitəsilə Abu-Dabi-Bakı-Abu-Dabi, Dubay-Bakı-Dubay, Şarja-Bakı-Şarja;

– 17 mart tarixindən etibarən S7 hava yolları vasitəsilə Novosibirsk-Bakı-Novosibirsk;

– 17 mart tarixindən etibarən UralAirlines vasitəsilə Yekaterinburq-Bakı-Yekaterinburq;

– 18 mart tarixindən etibarən İrAero hava yolları vasitəsilə Krasnoyarsk-Bakı-Krasnoyarsk;

– 17 mart tarixindən etibarən Utair hava yolları vasitəsilə Surqut-Bakı-Surqut.

Etikxeber.az

Read Previous

XİN-dən də-XƏBƏRDARLIQ

Read Next

Koronavirusa daha 2 yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir