“Azarkeşimizi ən aparıcı klinikalarda müalicə etdirin”- HAKİMDƏN MÜRACİƏT

Tanınmış hakim Tahir Süleymanov Azərbaycan millisinin məşqçi, futbolçu heyətinə müraciət edib. 

Etikxeber.az-ın məlumatına görə, müraciətdə deyilir:
“Azarkeşimiz Zahidov Nahid Azərbaycan-Norveç oyununa gedərkən Olimpiya stadionunun yaxınlığındakı körpüdən yıxılaraq ağır vəziyyətdə əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib.
Milli komandanın üzvlərinə, məşqçi, futbolçulara müraciət edirəm. Ağır durumda olan azarkeşimizin bütün xərclərini qarşılayın. Ehtiyac olarsa dünyanın ən aparıcı klinikalarında əməliyyat, müalicə, tam bərpasını təmin edin. Bunun üçün sizlərin yetərincə maliyyə imkanlarınız var. Norveçlə oyuna görə alacağınız mükafatın az qismi yetərlidi. Azarkeşimiz futbola, Azərbaycana, sizlərə görə stadiona gəlirdi… İnanıram ki, bu nəcib addım atılacaq.
Allah şəfa versin!”

Etikxeber.az

Read Previous

XİN Timur Temirov və Soso Pavliaşvilinin adlarını “qara siyahı”dan çıxardı

Read Next

Kitaroviç Azərbaycana gəlir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir