“Azarkeşlərimizi sevindirmək istəyirik” – QURBAN QURBANOV

İlk oyunda rəqibi tanıdıq. Bizim üçün ciddi rəqibdir, oyun intizamı yüksəkdir, yaxşı müdafiə olunurlar. İlk matçda bizə çox çətinliklər yaratdılar.

Etikxeber.az xəbər verir ki, bu fikirləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Albaniyanın “Partizani” komandası ilə 2019-2020-ci il mövsümünün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında bildirib.

O, deyib ki,  “Partizan” onlar üçün o qədər də uyğun rəqib deyil:

“Ancaq belə komandalara qarşı əvvəllər də oyunlarımız olub. Onların açıqlamalarından da görünür ki, çox istəklidirlər. Bizim üçün ağır oyun olacaq.

Çalışacağıq ki, həddən artıq diqqətli və intizamlı oynayaq. Biz azarkeşlərimizi sevindirmək istəyirik”.

Etikxeber.az

Read Previous

“Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyənlərin…” – ƏLİ HƏSƏNOV

Read Next

“Elə tədbir görülməlidir ki, gələcəkdə xoşagəlməz hallar yaşanmasın” – DEPUTAT SON HADİSƏLƏRDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir