Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında və ATƏT-in Nazirlər Şurasının 24-cü toplantısında iştirak etmək üçün dekabrın 5-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.
Etikxeber.az xəbər verir ki, bu haqda Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Büroda ATƏT PA-nın 2018-ci il üçün fəaliyyət planı, qurumun qış və yay sessiyalarının gündəliyinə aid məsələlər, digər aktual mövzular müzakirə olunacaq.
Nazirlər Şurasının 24-cü iclasında bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. A. Quliyev gündəlikdə olan məsələlərə münasibət bildirəcək, cari ilin oktyabrın 15-də Qırğızıstanda keçirilmiş prezident seçkilərinə dair ATƏT-in seçki müşahidə missiyasının rəyi haqqında məlumat verəcək.
Səfər dekabrın 8-də başa çatacaq.
Etikxeber.az