Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasına qatılacaq

Milli Məclisin (MM) deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün Büro üzvü qismində aprelin 22-də Danimarkanın paytaxtı Kopenhagenə səfər edəcək.

MM-in mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, tədbirdə ATƏT PA-nın müxtəlif hesabatları təqdim ediləcək və təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq.

Deputat Büro iclasının gündəliyinə uyğun olaraq müzakirəyə çıxarılan məsələlərə aid fikir və təkliflərini bildirəcək.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini 117 dəfə pozub

Read Next

Ərəb “Putin”lər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir