Azay Quliyev Monteneqroda parlament seçkilərini müşahidə edəcək

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev oktyabrın 12-dən 18-dək Monteneqronun Podqoritsa şəhərində səfərdə olacaq, ATƏT PA-nın seçki müşahidə missiyasının rəhbəri qismində bu ölkədə keçiriləcək parlament seçkilərini izləyəcək.

Parlamentin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Azay Quliyev səfər çərçivəsində Monteneqronun dövlət və hökumət rəsmiləri, seçkilərdə iştirak edən siyasi partiyaların nümayəndələri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə tanış olacaq.

Oktyabrın 16-da Milli Məclisin deputatı seçki məntəqələrində səsvermənin gedişinə və seçicilərin fəallığına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcək. Ertəsi gün Azay Quliyev seçkilərin yekununa dair ATƏT PA-nın seçki müşahidə missiyasının rəyini mətbuata təqdim edəcək.

Etikxeber.az

Read Previous

“Radikal meyllərin Avropada artması NK-nı qorxudurmu?” – DEPUTAT

Read Next

“Ankara ilə Moskva aralarındakı anlaşmalara riayət edəcək, hər ikisinin bir-birinə ehtiyacı var” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir