Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyevin seçicilərlə məhəllə görüşləri davam edir.
Bu barədə Etikxeber.az-a Azay Quliyevin Seçki Qərargahından bildirilib.
Qeyd olunub ki, avqustun 28-də 7-ci mikrorayon sakinləri ilə görüşən deputatlığa namizəd öncə şəhid Tağıyev Ruslan Fuad oğlunun, şəhid Bağırov Elçin Yunus oğlunun və şəhid Fərman Məlikovun xatirə abidələrini ziyarət edib, gül dəstələri düzüb, Ruslan Tağıyev və Elçin Bağırovun ailəsi üzvləri ilə görüşüb.
“Azay Quliyev 7-ci mikrorayonda Kunanbayev küçəsi 3 saylı binanın qarşısındakı parkda, Fərman Məlikov küçəsindəki parkda, S.S.Axundov küçəsi 3 saylı binanın həyətində və digər məhəllələrdə seçicilərlə səmimi söhbət etdi. S.S.Axundov küçəsində məhəllə sakinləri ilə görüş zamanı coşqulu anlar yaşandı. Həyətə daxil olan vaxtda məhəllə sakinləri söhbətgahda qonşuları Dədəyeva Aysu Zamiq qızının yüksək balla BDU-nun hüquq fakültəsinə qəbul olaraq tələbə adını qazanmasını qeyd etdiklərini bildirərək, Azay Quliyevdən tədbirə qatılmasını xahiş etdilər. Təklifi məmnuniyyətlə qəbul edən Azay Quliyev tələbə adını qazanması münasibətilə Aysunu təbrik etdi, ona gələcək hüquqşünas həyatında uğurlar arzuladı.
A.Quliyev tələbəmizlə birlikdə tort kəsdi. Azay Quliyev seçicilərə 1 sentyabrda səsvermədə iştirakın vacibliyini xatırlatdı.Seçiciləri ilə maraqlı müzakirələr aparan, 2 saatdan çox onların əhatəsində olan Azay Quliyev bu xoş, səmimi münasibətə görə onlara təşəkkür etdi. Seçicilər, o cümlədən 91 yaşlı Səlimov Dosdu Məmməd oğlu Azay Quliyevə uğurlar arzuladı və əminliklə bildirdilər ki, sentyabrın 1-də 7-ci mikrorayon sakinləri Azay müəllimə səs verəcəklər”-deyə, sonra qeyd edilib.
Etikxeber.az