“Azdrama” 100 illiyini qeyd edəcək – OKTYABRIN 29-DA

Oktyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dövlət statusunun verilməsinin 100 illiyi münasibəti ilə təntənəli tədbir keçiriləcək.

Teatrın mətbuat xidmətindən  Etikxeber.az-a verilən məlumata görə, tədbirdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak edəcək.

Təntənəli yubiley gecəsi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı, Azərbaycan Dövlət Teatr Muzeyinin dəstəyi ilə reallaşacaq. Yubileydə teatrın tarixinə nəzər salınacaq, keçdiyi sənət yolu haqqında videoçarxlar nümayiş olunacaq, dünya teatr xadimləri və rejissorların – Aleksandrinski Teatrının Bədii rəhbəri Valeri Fokinini, Bolqarıstan Milli Teatrının direktoru Marius Donkinin, Moskva Böyük Teatrının solisti Elçin Əzizovun, Moskva Satira Teatrının bədii rəhbəri Aleksandr Şirvintin, Sankt-Peterburq Malıy Dram Teatrının bədii rəhbəri və direktoru Lev Dodin və başqalarının təbrikləri səsləndiriləcək.

Mərasimdə eyni zamanda teatrın 100 illik yubileyinə həsr olunan “Akademik Milli Dram Teatrı – 100” kitab-albomu təqdim olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, teatrın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının Azərbaycan Teatr Xadimləri İttifaqının təkliflərini nəzərə almaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

Etikxeber.az

Read Previous

“Yarana biləcək problemlərin həllinə kömək göstərməyə çalışacağıq” – PREZİDENT

Read Next

6 dəfə deputat olan – HADİ RƏCƏBLİ 7-Cİ DƏFƏ ŞANSINI SINAMAQ İSTƏYİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir