“Azdrama” bağlandı-KORONAVİRUSA GÖRƏ…

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (Azdrama) koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

Etikxeber.az  xəbər verir ki, bu haqda teatrdan məlumat verilib.

Bildirilib ki, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb:

“Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq”.

Etikxeber.az

Read Previous

“2022-ci ildə təmasların davam etdirilməsi barədə söhbət olub, amma hələlik tarixlər məlum deyil”-SƏFİR

Read Next

Vəfat edən şəxsin pensiya kapitalının taleyi məsələsi-MM-DƏ MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir