Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ötən gün eşitmə və danışma qabiliyyəti zəif olan insanların müraciətlərini dinlədim. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərində də bu cür insanların sayının artması xüsusi vurğulanır. Bu insanların bir sıra maarifləndirici sosial proqramlarda nəzərə alınmaması çox ciddi narahatlıq yaradan məsələdir.
Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı Mədəniyyət komitəsinin Qənirə Paşayeva deyib.
Komitə sədri bildirib ki, televiziyalar çox ciddi informasiya vasitəsidir:
“Eşitmə və danışma qabiliyyəti olmayan insanların televiziya verilişlərində nəzərə alınması çox vacibdir. Bir sıra televiziya proqramlarında subtitrlərdən istifadə olunsa da, bu cür insanlar xəbəri subtitr vasitəsilə oxumağı çatdırmır. AzTV, İctimai TV və digər televiziyalara müraciət edirəm ki, həmin insanların da cəmiyyətə inteqrasiya etməsi üçün işləri genişləndirsinlər. Bu məsələyə diqqət yetirilməsini Milli Məclisdən də xahiş edirik”.

K. HƏMZƏOĞLU
Etikxeber.az





