AzTV-nin binasında uçqun baş verdi-BİR NƏFƏR HƏLAK OLDU… – YENİLƏNİB

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Etikxeber.az-ın məlumatına görə bu barədə qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Bu gün axşam saatlarında QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə televiziyanın bir əməkdaşı xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Dağıntılar altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparılır.

***

Son məlumata görə, AzTV-nin dağıntılar altında qalan əməkdaşının həyatını xilas etmək mümkün olmayıb.

Videomateriallar şöbəsinin texniki işçisi, 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev dağıntılar altında qalaraq, həlak olub.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Büdcə müzakirələri ayın 28-də davam etdiriləcək-BU DƏFƏ İKİNCİ OXUNUŞDA MÜZAKİRƏLƏR OLACAQ…

Read Next

“Başlıca vəzifə işğaldan azad olunmuş ərazilərimizin bərpası, vətəndaşlarımızın həmin yerlərə köçürülməsi və həmin torpaqlarda vətəndaşların normal yaşamasının təmin olunmasıdır”-TAHİR RZAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir