“AzVirt” şirkətinin Serbiyada tikdiyi avtomobil yolunun açılışı olacaq – FOTOLAR

Serbiyanın Milanovats şəhərində Azərbaycanın “AzVirt” MMC şirkəti tərəfindən inşa olunan Serbiyanın HIGHWAY E-763 əsas avtomobil magistralının Ljig-Boljkovci, Boljkovci-Takovo və Takovo-Preljina hissələrinin açılışına boyük hazırlıq işlərı görülür.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 7-də keçiriləcək təntənəli mərasimdə Serbiyanın Baş naziri Aleksandr Vuçiç, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov, “AzVirt” MMC-nin baş direktoru Kamil Aliyev, inşa olunan yolun ətrafında yerləşən ərazilərin rəhbər şəxsləri və sakinləri iştirak edəcəklər.

Yolun açılışı Serbiya cəmiyyətinin və medianın diqqət mərkəzindədir. Belə ki, açılış mərasimi Serbiyanın bir neçə televiziyası ilə birbaşa yayımlanacaq. Tədbiri işiqlandırmaq ücün çoxlu sayda KİV nümayəndəsi akkreditasiya olunub.

Ljig-Boljkovci, Boljkovci-Takovo və Takovo-Preljina avtomobil yolu Azərbaycan və Serbiya hökumətləri arasında imzalanmış kredit sazişinə əsasən inşa olunub.

Azәrbaycanın әn böyük vә tanınmış yol tikinti şirkәtlәrindәn biri olan “AzVirt” 1995-ci ildə Azərbaycan-Almaniya birgə müəssisəsi kimi yaradılıb, sonradan Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib. Bakı әrazisindә şәhәr yollarının tikintisi ilә mәşğul olan şirkәt zaman keçdikcә yol vә hava limanı infrastruktur layihәlәri üzrә tam xidmәt göstәrәn beynәlxalq şirkәt kimi tanınmağa başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportu, ölkəmizin digər hava limanları (Naxçıvan Aeroportu istisna olmaqla) bu şirkət tərəfindən inşa olunub. “AzVirt” Serbiya ilə yanaşı, Rumıniya, Qazaxıstan, Latviya, Montenegro kimi ölkәlәrdә filiallarını açıb vә bu ölkәlәrdә magistral yolların tikintisi üzrә layihәlәr hәyata keçirir.

yol-serbiya-2

Etikxeber.az

Read Previous

Neft bahalaşdı

Read Next

Bank nəzarəti sahəsində tədbirlər planı müzakirə edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir