Azyaşlıya kəbin kəsməsinə görə cinayət məsuliyyətinə cəlb olunanlar var – DİNİ KOMİTƏ

Azərbaycanda din xadimlərinin azyaşlıya kəbin kəsməsi halları mövcuddur.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisdə (MM) keçirilən ictimai müzakirələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

gunduz

G.İsmayılovun sözlərinə görə, belə faktlara görə cinayət məsuliyyətinə cəlb olunanlar da var.

“Dini nikahla bağlı Qafqaz Müsəlmanları İdarəsi fətva verib. Amma gəlin görək buna əməl olunurmu? Təəssüf ki, yox. Bəzən rəsmi təyinat almayan din xadimi fəaliyyət göstərir, dini nikahla bağlı fətvaya əməl etmir. Belələri hətta azyaşlıya da kəbin kəsirlər”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

www.oxu.az

 

 

Read Previous

İnternet vasitəsilə ötürülən cizgi filmləri uşaqlarda aqressivlik yaradır – DİN RƏSMİSİ

Read Next

Nikah müqavilələri bağlanmalıdır – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir