“Bələdiyyə qulluqçuları və işçiləri nə maaş, nə də yardım ala bilir”-MM-İN KOMİTƏSİ OPERATİV QƏRARGAHA MÜRACİƏT EDƏCƏK, MİLLƏT VƏKİLİ İSƏ AMEA-NIN ÖZƏLLƏŞDİRİLMƏSİNİ İSTƏYİR -YENİLƏNİB

Milli Məclisdə (MM) Azərbaycanda 9 minə qədər bələdiyyə qulluqçusu və işçisinin maaşlarının bir hissəsinin dövlət tərəfindən verilməsi təklif olunub.

Etikxeber.az-ın məlumatına görə, bunu MM-in bu gün keçirilən iclasında millət vəkili Kamran Bayramov bildirib.

Mart ayında bələdiyyə qulluqçuları və işçilərinin maaş almadığını söyləyən K. Bayramov pandemiya dövründə bu kateqoriyadan olan insanların çətin durumla üzləşdiklərini vurğulayıb.

Bələdiyyələrin hazırda vergi yığa bilmədiyini söyləyən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, bələdiyyə qulluqçuları və işçiləri nə maaş, nə də yardım ala bilir:

“Bununla bağlı Regional məsələlər komitəsi Nazirlər Kabineti yanında Operativ Qərargaha da müraciət edəcək”.

***

“Elmi müəssisələrin (təşkilatlar) akkreditasiyasını Ali Attestasiya Komissiyası aparması daha düzgündür”.

Bunu isə “Elm haqqında” qanuna təklif edilən dəyişikliklə bağlı müzakirələr zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Q. Həsənquliyev deyib ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da SSRİ dövründən qalıb:

“Biz təhsil sahəsində islahatlar aparmalıyıq. AMEA da özəlləşdirilərək müasir özəl universitetə çevrilməlidir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Elm, təhsil, məktəbəqədər təhsil, lisenziyalar, xüsusi təhsil, bələdiyyələr və məişət tullantıları haqqında-QANUNLARA VACİB DƏYİŞİKLİKLƏR…-YENİLƏNİB

Read Next

“Bəzi media orqanlarını insanların durumu yox, “dramı” maraqlandırır…”-BƏHRUZ MƏHƏRRƏMOVDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir