Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
PA-nın sabiq sektor müdiri: Bələdiyyə sədri iki yerdə işləyib, ikisindən də məcavib ala bilməz
Bələdiyyə sədri ya bələdiyyə sədrliyini etməli, ya da müəllmiliyini, həkimliyini, mühəndisliyini davam etdirməlidir.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Prezident Administrasiyasının (PA) sabiq sektor müdiri Kamran Bayramov Milli Məclisin (MM) Regional məsələlər komitəsinin fevralın 6-da keçirilən iclasında Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabat məruzəsinin müzakirəsində çıxışı zamanı deyib.
“O, həm bələdiyyə sədri işləyib, məvacib ala, həm də də əvvəlki peşəsini davam etdirib, oradan əməkhaqqı ala bilməz. Bu, məsələ bələdiyyə qanuinvericiliyində də öz əksini tapıb” -deyən millət vəkilinin sözlərinə görə, bələdiyyə sədri cəmi bir yerdə işləyib, bir yerdən də maaş almalıdır:
“Yəni, ya bələdiyyə sədrliyini davam etdirib, bələdiyyədən maaşını almalıdır, ya da gedib keçmiş işini, peşəsini davam etdirib, oradan əməkhaqqı almalıdır. İki yerdə işləyib, ikisindən də məcavib ala bilməz. Bəzi bələdiyyə sədrləri tərəfindən bu məsələnin qaldırılmasının mənası, anlamı da yoxdur. Hər şey qanunvericilikdə aydın göstərilib və ona da əməl olunmalıdır”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az