“Bəli, bölgəyə sülhməramlı gəlməlidir, amma onlar Ermənistana gəlməlidir…”-BƏHRUZ MƏHƏRRƏMOV – DEPUTATLAR QARABAĞ MƏSƏLƏSİNDƏN, İKİNCİ VƏTƏN MÜHARİBƏSİNDƏN DANIŞDILAR

TBMM sədrinin Bakıya təşrif buyurması Azərbaycan xalqına, Dövlət başçısına, Milli Məclisə göstərilən qardaşlıq münasibətinə nümunədir.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

Z. Oruc bildirib ki, bu səfər mənəvi, ictimai-milli gücümüzü artırır:

“Ermənistanın azğın hücumlarının olduğu Gəncəyə səfər edilməsi də Azərbaycan, dünya, Türkiyə mediasında əksini tapacaq. Bu, Gəncə xalqına mənəvi, ruhi qida verəcək. Bu gün müxtəlif ölkələr Azərbaycanın haqlı mövqeyini artıq düzgün dəyərləndirir. Britaniyadan Türkiyəyə verilən reaksiyalarda Azərbaycanın haqq işinin dəstəklənməsi görünür. BP-nin baş Nazirimizə ünvanlanan məktubda, Almaniya rəsmilərinin açıqlamalarında da biz bu dəstəyi görürük. Avropa Şurasından da Ermənistan istədiyini ala bilmədi”.

Deputat Fəzail Ağamalı isə deyib ki, qəhrəman Silahlı Qüvvələrimiz və Ali Baş Komandanımızın rəhbərliyi ilə dövlətçilik tariximizdə unudulmaz səhifələr yaşanır.

Millət vəkili bildirib ki, döyüş bölgəsindən uzaq olan yaşayış məntəqələrimizi vəhşicəsinə raketlərlə atəşə tutan cinayətkar Ermənistana “dur” deyən yoxdur:

“Belə olan halda onların heç birinin bizə və Azərbaycan Ordusuna “dur” deməyə mənəvi haqqı çatmır. İndiki tarixi günlərdə bizimlə birgə olan ayrı-ayrı dünya dövlətlərinə, xüsusi olaraq qardaş Türkiyəyə, Pakistana minnətdarlığımı bildirirəm”.

Deputat Bəhruz Məhərrəmov çıxışında beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağdakı ermənilərlə bağlı narahatlığı olduğunu diqqətə çatdırıb:

“Azərbaycan çox yüksək səviyyədə onlar üçün qarant verib. Bu qarant əvvəldən Dağlıq Qarabağda yaşayan ermənilər üçündür. Sonradan burada məskunlaşdırılan ermənilər üçün deyil. Bu, beynəlxalq hüququn pozulmasıdır. Bu gün bölgədə sülhməramlı amilindən danışılır. Bəli, bölgəyə sülhməramlı gəlməlidir, amma onlar Ermənistana gəlməlidir. Bu gün sülhməramlılar Azərbaycan tərəfindən məcburi köçkün olanların öz torpaqlarına qayıtdıqdan sonrakı taleyinə qarantiya verməlidir. Azərbaycan tolerant siyasətini davam etdirir. Amma Ermənistan üçün bunu demək olmur”.

Deputat Hikmət Babaoğlu bildirib ki, bu gün Azərbaycan parlamentinin üzvləri də diplomatik savaşın ön cəbhənin əsgərləridir.

O, deyib ki, TBMM sədrinin bugünkü çıxışı Azərbaycan parlament tarixinin şanlı səhifəsidir.

“Müharibə iki istiqamətdə gedir. Birincisi döyüş bölgələrində, ikincisi informasiya cəbhəsində”-deyən deputat Siyavuş Novruzov qeyd edib ki, bu gün qarşıda duran əsas məqsəd beynəlxalq mediaya, beynəlxalq təşkilatlara çıxış, onlarla işləmək olmalıdır:

“Ölkə başçısı hər gün müxtəlif beynəlxalq televiziyalara müsahibələr verir. Hazırda daxili auditoriyada gücümüzü səfərbər etməyə ehtiyac yoxdur. Bu gün daxildə yekdilik. Bu gün biz Gürcüstana nümayəndə heyəti göndərməliyik, digər qrupu İrana göndərməliyik. Rusiyanın ayrı-ayrı telekanallarında müzakirələr aparıb, ictimai rəyi dəyişməyə çalışanlara qarşı Azərbaycanın ziyalılarını və ictimai fikrə təsir edən adamları çıxarmalıyıq, onları Rusiya telekanallarına göndərməliyik. Elə bil bu gün Çingiz Abdullayevdən başqa Rusiya telekanallarına çıxacaq adam yoxdur. Biz var qüvvəmizi qoymalıyıq. Kimin gücü nəyə çatırsa, etməlidir. Biz beynəlxalq aləmdə mövqeyimizi möhkəmləndirməliyik. Bu gün vətənin səsini dünyaya çatdırmaq üçün istənilən addımı atmalıyıq. Həmkarlarıma müraciət edirəm ki, daxili auditoriya bizim haqq işimizi bizdən də yaxşı bilir, biz gücümüzü xarici auditoriyaya yönəltməliyik”.

Spiker Sahibə Qafarova da Siyavuş Novruzovun fikrini dəstəklədiyini bildirib:

“Hər birimiz xarici telekanallara müsahibələr verməliyik. Bu, çox vacibdir”.

Etikxeber.az

Read Previous

“Düşmən bunu da bilməlidir ki, onun xaincəsinə törətdiyi cinayətlərin heç biri cəzasız qalmır və qalmayacaq….Bunu düşmən əslində yaxşı bilir…”-SAHİBƏ QAFAROVA

Read Next

“Gələcəkdə işğaldan azad olunmuş şəhərlərimizdə bir küçə, bu təyyarənin ixtiraçısı Səlcuq Bayraktarın şərəfinə adlandırılsın…”-FATMA YILDIRIMDAN ÖNƏMLİ TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir