Bəlkə mafiyalardan qorxuruq? – DEPUTAT ÇOX SƏRT DANIŞDI VƏ DƏSTƏK QAZANDI…

Siz 200 manat maaşı təsəvvür edə bilirsiz? Şəxsən mən  təsəvvür edə bilmirəm. Bəlkə də belə bir məvacibi olsa-olsa həkimlər, tibb işçiləri ala bilər, çünki bildiyim qədər ən az maaş alan onlardır.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Elmira Axundova bu gün parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Millət vəkili sonra sosial sığorta dəyişikilikləri ilə bağlı bunları deyib:

elmira-kitab

“Necə ola bilər ki, 200 manatadək maaş alanlardan yeniləndirilmiş sığorta haqları, filan tutulacaq, amma 8 min manat alanlardan tutulmayacaq?Belə bir şey olar? Özü də Azərbaycanda məgər 8 min manat maaş alan var? Bəlkə siz tanıyırsız belələrini?! Olsa da, 50-100 nəfər…Amma qəribədir ki, onlardan tutulmayacaq, amma 200 manat maaş alanlardan tutulacaq…İnanın mən hələ təsəvvürə edə bilmirəm ki, bu gün belə məvacib olsun…Bu, biabırçılıqdır”.

Millət vəkili daha çox  zərərli, zəhərli içkilərlə bağlı addımların atılmasının vacibliyini dilə gətirib:

“Bu məsələdə addımlar atılmalıdır, içkilərin qiymətlərini, aksiz dərəcələrini artırmaq lazımdır, 40, 50 manat etmək gərəkdir ki, kimsə gecə gedib, onu ala bilməsin, zəhərlənməsin, pis vərdişlərə yiyələnməsin…Bəlkə biz mafiyalardan qorxuruq? Qorxmamalıyıq!”.

Millət vəkili İlham Məmmədov da həmkarının aksiz dərəcələri ilə bağlı fikirlərini dəstəkləyib:

“Dünyanın hər yerində arağın, spirtli içkilərinin, siqaretin qiyməti çox bahadır. Bizdə də belə olmalıdır. Qoy zəhmət çəkib gündə 10 dənə yox, bir dənə siqaret çəksinlər… Və ya  Bakıda hara baxırsan, şərab evi, şərab evi…Axı, bu, nə qədər ola bilər? İnsanlarımızı sanki içkiyə, zəhərə həvəsləndiririk…Ona görə hesab edirəm ki, bizdə də aksiz dərəcələri, rüsumlar artırılmalıdır…”.

Millət vəkili Aytən Mustafazadə də deyib ki, bu gün Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının əksəriyyəti 200-240 manat alır:

“Bəli, təkcə həkimlər deyil, AMEA-nın əməkdaşları da belə maaş alır. Çox təəssüflər olsun ki, belə  bir reallıq var. Bu, AMEA-da mövcuddur…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

200 manatadək maaş alan şəxsdən 25 faiz sosial sığorta tutulacaq – DƏYİŞİKLİK(LƏR)

Read Next

Dövlət qulluqçuları və güzəştli şərtlərlə pensiyaya çıxanlarla bağlı istisnalar var… – ANAR ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir