“Bəlli olur ki, nədən bizdə koronavirusa yoluxanların sayı həndəsi silsilə üzrə artır…”-DEPUTAT

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı xəbərdə bildirilir ki, sutka ərzində karantin rejimini pozduqlarına və buna cəhd etdiklərinə görə 5062 adama cərimə tətbiq olunub, 9 nəfər isə həbsə alınıb. Elə bu faktın özündən də bəlli olur ki, dövlətin gördüyü bu qədər qabaqlayıcı tədbirlərə rəğmən bizdə koronavirusa yoluxanların sayı nədən həndəsi silsilə üzrə artır.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Sahib Alıyev deyib.

“Demək, minlərlə soydaşımız yenə də edilən xəbərdarlıqlara məhəl qoymadan karantin rejimini pozmağa çalışırlar. Və fərqində deyillər ki, bir çox qanun pozuntularından zərər görənlərin sayı bir neçə nəfəri keçmədiyi halda bu qəbildən olanlar yüzlərlə adamın həyatıyla oynamaq deməkdir . Azərbaycan polisinin bu cür qanun pozuntularının qarşısını qətiyyətlə almasını dəstəkləyir, “Tanrı sizi qorusun!” deyirəm. Çünki onlar da tibbi işçilərimiz kimi bizi qorumaq adına hazırda ən çox virusa yoluxmaq təhlükəsiylə üz-üzə qalan xilaskarlarımızdandırlar və öz vəzifə borclarını da mətanətlə, ləyaqətlə yerinə yetirirlər…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Təhsil Nazirliyinin yeni 146-3 “Qaynar xətt” xidməti-FƏALİYYƏTƏ BAŞLAYACAQ

Read Next

“Bir tələbə bir elin ümididir, işığıdır…”-DEPUTAT DÜNYASINI DƏYİŞƏN TƏLƏBƏDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir