Bərdə Şəhidlər Xiyabanında-27 SENTYABR-ANIM GÜNÜ QEYD EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

Azərbaycanın hər birin yerində olduğu kimi Bərdə rayonunda da 27 sentyabr-Anım Günü qeyd olunub.

Etikxeber.az xəbər verir ki, Anım Günü ilə bağlı Bərdəli Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, yerli ziyalılar, o cümlədən Bərdə rayonun rəhbərliyi tərəfindən Şəhidlər Xiyabanı ziyarət olunub.

Ziyarət zamanı Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, Şəhidlərin ruhlarına dualar edilib.

O cümlədən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, çıxışlar edilib.

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və digər şəxslər çıxış ediblər.

Çıxışlarda tarixi 44 günlük İkinci Vətən Müharibəsindən, Qələbə və Zəfərimizdən, Şəhidlərimizin, Qazilərimizin İgidliyi və Qəhrəmanlıqlarından, Vətən naminə fədakarlıqlarından, ölkə Prezidenti İlham Əliyevin apardığı siyasətdən və əldə edilən uğurlardan, sonuncu lokal xarakterli antiterror tədbirlərindən, düşmənin birdəfəlik diz çökdürülməsindən bəhs olunub.

Həmçinin, Şəhid ailələrinə Allahdan səbr və dözüm, Yaralı və Qazilərə isə şəfa arzulanıb.

12:05

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev və Mehriban Əliyeva Bakıda inşası davam etdirilən-ZƏFƏR PARKINDA – FOTOLAR

Read Next

Bərdənin ilk İkinci Vətən Müharibəsi Şəhidi Turqut Zeynalov-BU GÜN ONUN ŞƏHİDLİK MƏQAMINA UCALDIĞI, SABAH İSƏ ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir