Bərdədə növbəti insanlıq dramı-ERMƏNİLƏR YENİDƏN BƏRDƏNİ RAKET ATƏŞİNƏ TUTDU, ÖLƏNLƏRİN SAYI 21-YƏ, YARALILARIN SAYI 70-Ə ÇATDI – PREZİDENTİN KÖMƏKÇİSİ DÜNYAYA SƏSLƏNDİ, ERMƏNİ VƏHŞİLİYİNİ PİSLƏMƏYƏ ÇAĞIRDI, XİN BƏYANAT VERDİ – FOTOLAR – YENİLƏNİB – (10)

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən məlumata görə, ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib.

***

“Ermənistan silahlı qüvvələri Tərtərə raket hücumundan sonra Bərdəyə raket zərbələri endirib”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib. 

“Ermənistan dünən çox sayda mülki insanın kasetli raketlərlə öldürülməsindən heç bir nəticə çıxarmayıb. Ermənistan hərbi işğala və müharibə cinayətlərinə son qoymalıdır!” – deyə, H. Hacıyev qeyd edib.

14:10

***

“Ermənistan silahlı qüvvələri tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb”.

Bunu da H. Hacıyev “Twitter”də bildirib. 

“Mülki əhali arasında itkilər var. Ermənistanın belə məqsədli müharibə cinayətləri şiddətlə qınanmalıdır” – deyə, H. Hacıyev vurğulayıb.

14:12

***

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 3 nəfər həlak olub, bir neçə şəxs isə xəsarət alıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

14:30

***

Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Baş Prokurorluqdan  verilən növbəti məlumata görə, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

14:40

***

“Bu dəqiqələrdə Bərdə şəhərinə “Smerç” raket sistemindən raket zərbələri endirilib”.

Bunu isə Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri H. Hacıyev bildirib.

H. Hacıyev deyib ki, artıq ölənlər və yaralananlar barədə ilkin məlumatlar var:

“Ermənistanın bu terroru, Azərbaycan xalqına qarşı müharibə cinayətləri hələ də davam etməkdədir”.

14:48

***

“Ermənistan bəşəriyyətə qarşı cinayət törədir”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında bildirilib.

“Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri “Smerç” raket sistemindən istifadə edərək Bərdə şəhərini yenidən atəşə tutub. İndiyə qədər ən azı 14 mülki şəxs həlak olub, çox sayda yaralı var! Bu, bəşəriyyətə qarşı cinayətdir!” – deyə, qeyd olunub.

14:58

***

Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır.

MN-dən qeyd olunub ki, Ermənistan mətbuatının guya Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.

Bildirilib ki, bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır.

15:09

***

Ermənilərin raket hücumu nəticəsində Bərdədə ölənlərin sayı 19-a çatıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

15:13

***

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, bu gün Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Bərdə şəhərində bir neçə mülki obyekt dağılıb, avtomobillər yararsız vəziyyətə düşüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. Düşmən tərəfinin atəşləri nəticəsində, ilkin məlumata əsasən, 19 nəfər həlak olub və 60-a yaxın insan yaralanıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, FHN hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

15:30

***

“Ermənistan ordusunun Azərbaycanın Bərdə şəhərində törətdiyi soyqırımı aktı nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, yaralıların sayı 40-dan çoxdur”.

Bu barədə yenə H. Hacıyev “Twitter”də bildirib.

“Onlar hamısı günahsız mülki şəxslərdir. Mülki əhaliyə qarşı kasetli “Smerç” raketlərindən istifadə olunub. Biz Ermənistanın bu cinayətlərini yerində qiymətləndirmək üçün “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatlarını ölkəmizə dəvət edirik”– deyə, H. Hacıyev vurğulayıb.

15:30

***

Ermənilərin Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Baş Prokurorluqdan verilən məlumata görə, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

Etikxeber

Read Previous

“Gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə güclənəcək”-ƏLİYEV ƏRDOĞANI TƏBRİK ETDİ

Read Next

“Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”-İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir