Bərdədə “tiryəkxana” aşkar edildi

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkarlar arasında nüfuz sahibi kimi tanınan Abduləzimov Tural Raqif oğlu saxlanılıb.

Etikxeber.az  xəbər  verir ki, Bərdə rayon Polis Şöbəsindən mətbuata bildirilib ki, 1984-cü il təvəllüdlü Bərdə şəhər sakini Tural Abduləzimov rayonun Əliyanlı kəndi ərazisində “Narçiçəyi” yeməkxanasının yaxınlığında özünə məxsus avtoyuma məntəqəsinin həyətində xüsusi hazırladığı otaqda narkotik vasitələrin istehlakı üçün tiryəkxana təşkil edib. T.Abduləzimov saxlanılarkən ondan çətənə bitkisindən kustar üsulla hazırlanmış 19,618 qram narkotik vasitə olan qurudulmuş marixuana və 2,321 qram tiryək aşkar edilərək götürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Fakta görə T.Abduləzimov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 238.1-ci maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Etikxeber.az

Read Previous

Vergilər Nazirliyi: Qeyri-neft sektoru üzrə vergi daxilolmaları 3,8 milyard manatı ötüb

Read Next

Hasilatın dondurulması və ya azaldılması çıxış yolu ola bilməz- NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir