Bərdəli Aprel döyüşləri Şəhidi Ziya Həsənovun Anım Günüdür-BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 9 İL ÖTÜR… – FOTOLAR – YENİLƏNİB

Bərdə rayonunun Aprel döyüşləri Şəhidlərindən olan Ziya Niyazi oğlu Həsənovun Anım Günüdür.

Ziya Həsənovun bu gün-5 aprel 2025-ci il tarixində Əbədiyyətə uğurlanmasından 9 il keçir.

Anım Günü ilə bağlı bu gün-səhər saatlarında Ziya Həsənovun Bərdə Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Etikxeber.az-ın xəbərinə görə, Ziya Həsənovun məzarını ziyarətdən sonra Bərdə Şəhidlər Xiyabanında Şəhidin adına çay-ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar olunub.

Şəhidin məzarını ziyarətdə və çay-ehsan süfrəsində ailə üzvləri, yaxınları, Bərdəli Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik olsun!

Nur içində uyusun!

13:52

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava dəyişkən buludlu olacaq-SABAH

Read Next

QƏLƏMİN SÖZÜ-Raziyə Kamilqızı yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir