Bərdəli, həm də Bakılı İkinci Vətən Müharibəsi Şəhidi-TƏK VƏ NİŞANLI OĞUL, ANASI TƏRƏFİNDƏN TƏKBAŞINA BÖYÜDÜLMÜŞ FƏXRİ QƏRİBZADƏNİN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Cənnətdəki beşinci doğum günü, 31 yaşının taman olması ilə bağlı bu gün-10 oktyabr 2024-cü il tarixində, səhər saatlarında evin-ailənin tək və nişanlı oğlu, anası tərəfindən təkbaşına və kirayələrdə böyüdülən, MAXE, üç medallı, həm Bərdəli, həm də Bakı-Suraxanılı İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar olunub.

Etikxeber.az xəbər verir ki, çıxışlarda Şəhidin keçdiyi 26 illik qısa, lakin şərəfli ömür və döyüş yolundan bəhs edilib, İgidliyi və Qəhrəmanlığından, Vətən naminə fədakarlığından söz açılıb.

Doğmalarına, anası Mehparə Qəribovaya Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki beşinci doğum günü təbrik olunub.

Eyni zamanda, məktəblilər tərəfindən Şəhidə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Fəxri Qəribzadənin məzarını ziyarətdən sonra Şəhidin tək bacısının-Türkanə Qəribovanın (həm də dayısının) evində məclis düzənlənib, Şəhidin adına ehsan verilib.

Bir daha ruhuna dualar olunub.

Eyni zamanda, Qusarlı Şəhidsevər Saymat Nağıyeva tərəfindən Bərdəli Şəhid ailələrinə üzərində Şəhidlərin adları və soyadları olan şərflər hədiyyə və təqdim olunub.

Qeyd edək ki, həmin şərflər xalçaçı-rəssam olan Saymat Nağıyevanın özü tərəfindən toxunub.

Şəhid ailələri də öz növbəsində Saymat Nağıyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Anım mərasimində anası Mehparə Qəribova başda olmaqla, ailə üzvləri, yaxınları, doğmaları, BərdəQuba rayonundan olan Şəhid ailələri, Bərdəli və Bakılı Qazilər, millət vəkili Xanlar Fətiyevin köməkçisi Xəyyam müəllim və millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad müəllim, din xadimləri, məktəblilər, yerli ziyalılar, media mənsubları, Bərdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü, 31 yaşı mübarək olsun!

Nur içində uyusun!

14:32

***

FOTOLAR:

17:32

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Maliyyə naziri-BAŞ NAZİRİN MÜAVİNİ TƏYİN EDİLDİ – SƏRƏNCAM

Read Next

Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb-FAKTİKİ HAVA AÇIQLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir