Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi-ƏLİ MƏMMƏDZADƏNİN ANIM GÜNÜNDƏ MƏCLİS DÜZƏNLƏNDİ, ADINA EHSAN VERİLDİ, AİLƏSİNƏ XALÇA HƏDİYYƏ OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əli Turan oğlu Məmmədzadənin Anım Günüdür.

Əli Məmmədzadənin bu gün Əbədiyyətə uğurlanmasından dörd il keçir.

Anım Günü ilə bağlı bu gün-20 noyabr 2024-cü il tarixində, günorta saatlarında Şəhidin ailəsinin yaşadığı evdə Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Eyni zamanda, Lerikli İkinci Vətən Müharibəsi Şəhidi İmaməli İbrahimovun ailəsi adından Əli Məmmədzadənin valideynlərinə-anası Xuraman xanıma və atası Turan kişiyə üzərində Şəhidin şəkli olan xalça hədiyyə və təqdim olunub.

Xalçanı Şəhidin ailəsinə “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov Qazi Xankişi Yusifov təqdim ediblər.

Şəhidin valideynləri də öz növbəsində İmaməli İbrahimovun ailəsinə və Lerikli iş adamı Hacı Qurbana minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Anım mərasimində-ehsan süfrəsində Şəhidin ailə üzvləri, müxtəlif bölgələrdən olan Şəhid ailələri, hər zaman Şəhid ailələrinin yanında olan millət vəkili Aydın Mirzəzadə, Qazilər, media mənsubları və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Əli Məmmədzadə 2002-ci ilin fevralın 15-də Bərdənin Mirzalıbəyli kəndində-sadə bir ailədə dünyaya gəlib.

O, ailənin iki övladından, iki qardaşdan biri olub.

O, 5-ci sinfə qədər Bərdədə təhsil alıb.

Sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb.

Ziğ qəsəbəsindəki 63 nömrəli tam orta məktəbin şagirdi olub.

Eyni anda həm məktəbi oxuyub, həm də idmana gedib.

İkinci Vətən Müharibəsindən bir müddət öncə isə həqiq hərbi xidmətə çağırılıb və müharibədə də Əsgər kimi iştirak edib.

Döyüş yolu da uzun olub.

Sentyabrın 27-dən noyabrın 7-nə, İkinci Vətən Müharibəsinin başa çatmasına 3 gün qalmışacan döyüşlərdə iştirak edib.

Noyabrın 7-də isə Şuşa uğrunda döyüşlərdə ağır yaralanıb və cəmi bir neçə gündən sonra Şəhidlik məqamına ucalıb.

Nəşi noyabrın 20-də Mirzalıbəyli kənd qəbiristanlığında dəfn edilib.

Əli Məmmədzadə Mizalıbəyli kəndinin 4 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Şəhidliyindən sonra bir neçə medal “Azərbaycan Bayrağı” orden ilə təltif olunub.

Əli həm də subay olub.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

16:44

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bu komandaya böyük pullar xərcləmək bizə utancdan başqa nə qazandırır?”-SABİR RÜSTƏMXANLIDAN DA KƏSKİN ETİRAZ GƏLDİ

Read Next

Evin-ailənin tək və subay oğlu-MİNGƏÇEVİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RUSLAN CƏFƏRLİNİN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN DÖRD İL ÖTÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir