Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əli Turan oğlu Məmmədzadənin Anım Günüdür.
Əli Məmmədzadənin bu gün Əbədiyyətə uğurlanmasından üç il keçir.
Anım Günü ilə bağlı bu gün səhər saatlarında Bərdənin Mirzalıbəyli kənd qəbiristanlığında Şəhidin məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, qısa çıxışlar ediləcək.
Sonra Şəhidin ailəsinin yaşadığı evdə Anım mərasimi keçiriləcək, adına ehsan süfrəsi açılacaq.
Etikxeber.az xəbər verir ki, Əli Məmmədzadə 2002-ci ilin fevralın 15-də Bərdənin Mirzalıbəyli kəndində-sadə bir ailədə dünyaya gəlib.
O, ailənin iki övladından, iki qardaşdan biri olub.
O, 5-ci sinfə qədər Bərdədə təhsil alıb.
Sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb.
Ziğ qəsəbəsindəki 63 nömrəli tam orta məktəbin şagirdi olub.
Eyni anda həm məktəbi oxuyub, həm də idmana gedib.
İkinci Vətən Müharibəsindən bir müddət öncə isə hərbi xidmətə çağırılıb və müharibədə də Əsgər kimi iştirak edib.
Döyüş yolu da uzun olub.
Sentyabrın 27-dən noyabrın 7-nə, İkinci Vətən Müharibəsinin başa çatmasına 3 gün qalmışacan döyüşlərdə iştirak edib.
Və noyabrın 7-də, Şuşa uğrunda döyüşlərdə ağır yaralınıb və cəmi bir neçə gündən sonra Şəhidlik məqamına ucalıb.
Nəşi noyabrın 20-də Mirzalıbəyli kənd qəbiristanlığında dəfn edilib.
Əli Məmmədzadə Mizalıbəyli kəndinin 4 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Şəhidliyindən sonra bir neçə medal və ordenlə təltif olunub.
Əli həm də subay olub.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az