Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Mehman Nəriman oğlu Qəmbərov və Zaqatalalı Turan Tərlan oğlu Məhərrəmovun doğum günüdür.
Sabah-27 may 2025-ci il tarixində Mehman Qəmbərovun 44, Turan Məhərrəmovun 24 yaşı tamam olur.
Mehman Qəmbərovun Cənnətdəki beşinci, Turan Məhərrəmovun isə Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, 27 may 1981-ci il təvəllüdlü və ailədə üç övlad- iki qardaş, bir bacı olan Mehman Qəmbərovgil əslən Ağdam rayonunun Maqsudlu kəndindəndirlər.
1993-cü ildən, Ağdamın işğalından sonra Bərdəyə, Qarağacı kəndinə pənah gətiriblər.
Köçkün düşən vaxt 5-ci sinifdə oxuyan Mehman Vətən torpaqları, doğma Ağdamı işğalda olduğu üçün hərb sənətini seçməli olub.
Ali təhsilli, peşəkar hərbçi olan Mehman Qəmbərov polkovnik-leytenant qədər rütbəsinə yüksəlib.
İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə atılıb və döyüşlərin 4-cü günündə, sentyabrın 30-da Füzuli istiqamətində döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb.


Nəşi bir gün sonra, oktyabr ayının 1-də Bərdə Şəhidlər Xiyabanında dəfn olunub…
Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən medallarla və “Qarabağ” ordeni ilə təltif olunub.
Mehman Qəmbərov həm də ailəli olub.
İki övladı-bir oğlu və bir qızı Vətənə əmanət qalıb.
Bərdədə adını daşıyan küçə var.
***



Turan Məhərrəmov isə 2001-ci ilin 27 may tarixində Zaqatalanın Qımır kəndində dünyaya gəlib.
Ailənin 4 övladından biri, evin tək oğlu, 3 bacının tək qardaşı olub.
2007-2018-ci illərdə orta məktəbdə oxuyub.
Uşaq vaxtlarından idmanla məşğul olub.
2018-ci ildə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş açıq kubokda 2-ci yerə layiq görülüb.
2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb, Xüsusi Təyinanlı olub.
Azərbaycan Ordusunun Əsgəri-Xüsusi Təyinatlı kimi İkinci Vətən Müharibəsində iştirak edib.
Cəbrayıldan Şuşayacan uzun və şərəfli döyüş yolu keçib.
Müharibədən sonra 6 medalla təltif olunub.
Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda Xüsusi Təyinatlı-MAXE kimi fəaliyyət göstərməyə başlayıb.
2022-ci ilin sentyabr ayında-“Qisas” əməliyyatı zamanı isə Kəlbəcər istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ayın 13-də Şəhid olan Turanın nəşi iki gün sonra, 15 sentyabr tarixində Qımır kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra, 5 noyabr 2022-ci il tarixində 3-cü dərəcəli “Rəşadət” ordeni və daha bir medalla-“Vətən uğrunda” medalı ilə təltif olunub.
21 yaşında Şəhidlik məqamına ucalan Turan həm də nişanlı idi, öz kəndlərindən olan Sayıb adlı qızla nişanlanmışdı…
Şəhid olmasaydı, 2022-ci ilin oktyabr ayının 9-da toyu olacaqdı…
Məkanları cənnətlik, Cənnətdəki doğum günləri olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az