Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-14 dekabr 2024-cü il tarixində, günorta saatlarında Bərdə rayonunun Qazaxlar kəndindən və üç qardaşdan biri olan İkinci Vətən Müharibəsi Şəhidi Pərvin Vüqar oğlu Əlizadənin qardaşı Famil Əlizadənin toyu olub.
Toy mərasimi saat 13:00-da Bərdə rayonunda yerləşən “Gold Mətin” şadlıq sarayında baş tutub.
Etikxeber.az xəbər verir ki, toy mərasimində Şəhidin ailə üzvləri, yaxınları, doğmaları, Bərdəli, Goranboylu, Şabranlı, Tərtərli Şəhid ailələri, Qazilər, din xadimləri, yerli ziyalılar və digər şəxslər iştirak ediblər.
Öncə bəylə gəlin “Vağzalı” və alqış sədaları altında toy zalına daxil olublar.
Ardınca Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Həmçinin, Pərvin Əlizadə ilə bağlı videoçarx nümayiş etdirilib.
Bu zaman təsirli və kövrək anlar yaşanıb.
Sonra çıxışlar, təbriklər başlayıb.
Çıxış edənlər bəylə gəlinin valideynlərinə, xüsusilə, Şəhid Pərvin Əlizadənin ailə üzvlərinə gözaydınlığı verib, o cümlədən yeni cütlüyü təbik edib, onlara xoşbəxtlik və sədaət arzulayıblar.
Çıxışlardan sonra bir-birindən gözəl mahnılar, musiqilər səsləndirilib, rəqslər ifa edilib.
Allah bir daha gənc və yeni cütlüyü xoşbəxt və bəxtəvər etsin!
Amin!
***
FOTOLAR:







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





