Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rəşad Nadim oğlu Nadirovun Əbədiyyətə uğurlanmasının üçüncü ili, Anım Günü ilə bağlı bu gün səhər saatlarında Bərdə Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarət zamanı həm də çıxışlar edilib.
Çıxışlarda Şəhid Rəşad Nadirov da daxil olmaqla, cəmi Şəhidlərin İgidliyi və Qəhrəmanlığından, Vətən naminə fədakarlıqlarından bəhs olunub.
Şəhidin ailəsinə,valideynləri-anası Pərvanə xanıma və atası Nadim Nadirova Allahdan səbr və dözüm arzulanıb.
Şəhidin məzarını ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə Anım mərasimi düzənlənib, adlına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.
***
FOTOLAR:














***









***







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





