Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun Kələntərli kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin tək oğlu Sərvan Sərxan oğlu Şükürovun tək bacısı Cəmalə Şükürlünün qız övladı dünyaya gəlib.
Aprel ayının 28-də dünyaya gələn körpəyə Asena adı qoyulub.
Asena Samir qızı Məhərrəmli…
Etikxeber.az xəbər verir ki, körpə Asenanın dünyaya gəlişi ilə bağlı baba ocağında-Şəhid Sərvan Şükürovun ailəsinin yaşadığı evdə məclis düzənlənib.
Məclisdə Asenanın valideynləri, nənələri və babaları, doğmaları, o cümlədən Bərdəli Şəhid ailələri iştirak ediblər.
Şəhid ailələri Asenanın valideynlərinə, nənələrinə və babalarına, xüsusilə, Səidə xanıma və Sərxan Şükürova gözaydınlığı verib, onları təbrik ediblər…
Dünyaya gəlişi mübarək, dayısının ruhu daim köməyi olsun, balaca-körpə Asenanın!
***
FOTOLAR:



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az