Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi, tək və subay övlad Elməddin Hüseynzadənin Anım Günüdür…-MƏZARI ZİYARƏT OLUNDU, ÇIXIŞLAR EDİLDİ, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB -(1)

Bərdəli, Divanlılı İkinci Vətən Müharibəsi Şəhidi, tək və subay övlad, anası tərəfindən təkbaşına böyüdülmüş, üç medal və bir ordenli, MAXE Elməddin Hüseynzadənin Anım Günündə-29 sentyabr 2024-cü il tarixində, səhər saatlarında Bərdə Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar edilib, anası Arzu Hüseynovaya Allahdan səbr və dözüm arzulanıb.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Etikxeber.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Elməddin Hüseynzadənin məzarını ziyarətdən sonra Şəhidin ocağında, anasının yaşadığı evdə Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir daha Şəhidin ruhuna dualar olunub, dini musiqilər, İlahilər ifa edilib.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində anası, doğmaları, Bərdə, Zərdab, Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, yerli ziyalılar, müəllim və şagirdlər, din xadimləri, Bərdə rayonunun məsul şəxsləri iştirak ediblər.

***

FOTOLAR:

12:35

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Evin-ailənin tək oğlu, iki övladı Vətənə əmanət qalan-GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI VƏ ANTİTERROR ŞƏHİDİ, NƏŞİ 10 GÜNDƏN SONRA ƏBƏDİYYƏTƏ UĞURLANAN ELŞAD SÜLEYMANOVUN BU GÜN ANIM GÜNÜDÜR…

Read Next

Əsgərliyini bitirməsinə 8 gün qalmış qətlə yetirilən Bərdəli Musa Bayramovun atası ölkə Prezidentinə müraciət etdi: “ƏSL HƏQİQƏTİN ORTAYA ÇIXARILMASINI, BALAMA HAQQI OLAN ŞƏHİDLİK STATUSUNUN VERİLMƏSİNİ İSTƏYİRİK”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir