“Xudayar tək ifası ilə tanınmayıb, həm də şərəfli döyüş yolu keçib, Qəhrəman kimi Şəhid olub…”-Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi, “Azərbaycan Bayrağı” ordenli-XUDAYAR YUSİFZADƏNİN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜNDƏ, 28 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (2)

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Xudayar Müslüm oğlu Yusifzadənin doğum günüdür.

Bu gün-15 iyun 2026-cı il tarixində Xudayar Yusifzadənin 28 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Cənnətdəki altıncı doğum günü ilə bağlı sabah səhər saatlarında Şəhidin Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.

Qısa çıxışlar ediləcək, sonra Şəhidin adına çay-ehsan süfrəsi təşkil olunacaq.

Etikxeber.az-ın xəbərinə görə, əslən Ağdamlı olan Xudayar Yusifzadə 1998-ci ilin iyul ayının 15-də Bərdədə, sadə bir ailədə dünyaya gəlib.

Ailənin dörd övladından, üç qardaşdan biri olub.

Bacısı və qardaşları MəhəmmədYusif hazırda ailəlidir.

Atasını körpəykən itirib, dünyaya gəlməsindən 24 gün sonra atası vəfat edib.

Anaları Radə Qurbanova (həm də nənələri Tovuz xanım) onlara həm analıq, həm də atalıq edib.

Orta məktəbi bitirdikdən sonra Əsgərliyə, həqiqi hərbi xidmətə gedib.

Həqiqi xidmətini başa vurduqdan bir müddət sonra həyatını yenidən hərb ilə bağlayıb.

Dövlət Sərhəd Xidmətinin (DXS) Kiçik giziri kimi İkinci Vətən Müharibəsində iştirak edib.

2020-ci ilin oktyabrın 21-dən 22-ə keçən gecə isə Zəngilan rayonunun Ağbənd qəsəbəsi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi oktyabrın 23-də Bərdə rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra “Azərbaycan Bayrağı” ordeni və medallarla təltif olunub.

Bərdədə adını daşıyan küçə var.

O, həm də subay olub.

***

Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Xudayar Yusifzadənin Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Çıxışlarda Şəhidin cəmi 22 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan danışılıb, İgidliyi, Qəhrəmanlığı və Vətən naminə fədakarlığından söz açılıb.

Ailəsinə, anası Radə Qurbanovaya Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki altıncı doğum günü, 28 yaşı təbrik olunub.

Şəhidin anası Radə Qurbanova da öz növbəsində ziyarət iştirakçılarına, xüsusilə, Şəhid ailələrinə belə bir gündə onu tək buraxmadıqları üçün minnətdarlığını bildirib.

 Ziyarətdən sonra Şəhidin adına çay-ehsan süfrəsi təşkil olunub.

Bir daha ruhuna dualar edilib, xatirə fotoları çəkdirilib.

Şəhidin Cənnətdəki altıncı doğum günü ilə bağlı məzarını ziyarətdə və adına açılmış çay-ehsan süfrəsində ailə üzvləri, yaxınları, Bərdəli, Mingəçevirli, Ucarlı, Sabirabadlı Şəhid ailələri, Qazilər, din xadimləri, ziyalılar, media mənsubları, hərbçilər və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:50

***

FOTOLAR:

15:40

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Övladımın xatirəsinin əbədiləşdirilməsini, uşaq bağçasına onun adının verilməsini istəyirəm”-ŞƏHİD ANASINDAN MÜRACİƏT

Read Next

Küləkli hava şəraiti ilə bağlı sarı-XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir